“Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi Konfransının əsas məqsədi süni intellekt sahəsində aparılan tədqiqatların ən son nailiyyətlərini müzakirə etmək, nəzəri bilikləri praktiki tətbiqlərlə birləşdirmək və bu sahədə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Konfrans, tədqiqatçılar, alimlər, tələbələr və sənaye mütəxəssisləri üçün süni intellektin nəzəri və texniki aspektlərini əhatə edən elmi fikir mübadiləsi aparmaq üçün bir platforma yaratmağı hədəfləyir.
Bu tədbir çərçivəsində süni intellektin maşın öyrənməsi, dərin öyrənmə, təbii dil emalı, robot texnologiyaları, böyük verilənlərin analitikası və digər aktual istiqamətləri üzrə innovativ yanaşmaların müzakirəsi aparılacaqdır. Eyni zamanda, süni intellekt texnologiyalarının sənaye, səhiyyə, təhsil, kənd təsərrüfatı və digər sahələrdə praktiki tətbiq imkanları və qarşıda duran çətinliklər də araşdırılacaqdır.
Konfransın başqa bir mühüm məqsədi isə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və elmi yenilikləri geniş auditoriya ilə paylaşmaqdır. Tədbir, həmçinin gənc tədqiqatçıların elmi fəaliyyətini təşviq edərək, onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaqdır.
Konfrans, tədqiqatçılar üçün yalnız bilik və təcrübə mübadiləsi imkanı deyil, eyni zamanda yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platformadır. Burada elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin müzakirəsi və təqdimatı həyata keçiriləcəkdir. Bu, gələcəkdə süni intellekt texnologiyalarının daha da inkişaf etdirilməsinə, innovasiyaların tətbiqinə və elmi ictimaiyyətin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.
2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.
3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46