“Sünİ İntellekt: nəzərİyyədən praktİkaya” II Beynəlxalq Elmİ Konfransı

Conference Image

Hörmətli Gənc Tədqiqatçılar!

Sizi 26-27 may 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Türkiyə "İstanbul Universiteti - Cerrahpaşa", ARETN İdarəetmə Sistemləri İnstitutu, Türkiyə "Gümüşhane" Universiteti, Türkiyə "Düzce" Universiteti və Rusiya “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi Konfransında iştirak etməyə dəvət edirik. Konfrans üz-üzə ənənəvionlayn formatda təşkil ediləcəkdir.

Bu konfrans süni intellekt sahəsindəki nəzəri və praktiki yeniliklərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün xüsusi bir platformadır. Naxçıvanda keçirəcəyimiz bu beynəlxalq tədbirdə təqdim ediləcək orijinal tədqiqatlar elmi standartlara uyğun olaraq incələnəcək və konfrans materialları xüsusi nəşr olaraq çap ediləcəkdir.

Konfransda iştirak edərək süni intellekt sahəsindəki dəyərli töhfələrinizi bizimlə paylaşmağınızı arzu edirik.

“Süni intelekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq konqresin materialları beynəlxalq kriterilərə uyğun indeksləşmiş, hər bir məqalə DOİ kodu ilə elektron və çap variantında nəşr olunacaq.

Süni intelekt: nəzərriyyədən praktikaya” II Beynəlxalq konqresə təqdim olunan, hakim yoxlamalarından keçmiş, müsbət rəy almış və aşağıdakı jurnalların şərtlərinə cavab verən məqalələr bu jurnalların nəzərdən keçirilməsi prosesi vasitəsilə tam mətn formatda nəşr olunacaq:

Əlaqə:

Tel: (036) 5440861 (2330)

       (+994) 55 242 12 28 (Cavanşir Zeynalov)

       (+994) 50 411 37 77 (Hüseyn Qasımov)

Hörmətlə, “Süni intellekt: nəzəriyyədən praktikaya”  beynəlxalq elmi konfransının təşkilat komitəsi

Qeydiyyat və Mövzu Adlarının Göndərilməsi

Son tarix: 20 Aprel 2025

Tezis və ya Tam Mətin Göndərilməsi

Son tarix: 20 Aprel 2025

Konfrans Proqramı

Yayım tarixi: 1 May 2025

Konfrans Kitabı

Yayım tarixi: 23 İyul 2025

Konfransın Dili

Dillər: Azərbaycan, türk, ingilis və rus dilləri

Konfransın Yeri

Yer: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi

Bizə Mesaj Göndərin