Konfransın keçirilməsində məqsəd ölkədə texnoloji transfer sistemlərinin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirərək onların innovasiya fəaliyyətinin genişləndirilməsində və informasiyalı cəmiyyətin inkişafında aktiv rolunun təmin edilməsinə dair elmi cəhətdən əsaslandırılmış mülahizələrin dinlənilməsi və gələcək araşdırmalar üçün mənbəyə çevrilməsidir. Bu məqsədlə qarşıya qoyulmuş vəzifəyə əsasən innovasiya anlayışının, onun mahiyyətinin müxtəlif elm sahələri üzrə təhlili, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkədə innovasiya fəaliyyətinin inkişafında qarşılıqlı münasibətlərin gücləndirilməsi və mövcud olan problemlərin həlli yollarının müəyyən edilməsi və bu sahədə çalışan elm adamlarının nailiyyətlərindən bəhrələnmək qarşıya qoyulmuş vəzifələr sırasına daxildir. Konfrans, tədqiqatçılar üçün yalnız bilik və təcrübə mübadiləsi imkanı deyil, eyni zamanda yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platformadır. Burada elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin müzakirəsi və təqdimatı həyata keçiriləcəkdir.
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.
2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.
3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46