Hörmətli Tədqiqatçılar!
Sizi 01-02 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rusiya “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” Beynəlxalq Elmi Konfransında iştirak etməyə dəvət edirik. Konfrans üz-üzə və onlayn formatda təşkil ediləcəkdir.
Bu konfrans innovasiya və texnoloji inkişaf sahəsindəki nəzəri və praktiki yeniliklərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün xüsusi bir platformadır. Naxçıvanda keçirəcəyimiz bu beynəlxalq tədbirdə təqdim ediləcək orijinal tədqiqatlar elmi standartlara uyğun olaraq incələnəcək və konfrans materialları xüsusi nəşr olaraq çap ediləcəkdir.
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” Beynəlxalq Elmi Konfransının materialları beynəlxalq kriterilərə uyğun indeksləşmiş, hər bir məqalə DOİ kodu ilə elektron və çap variantında nəşr olunacaq.
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” Beynəlxalq Elmi Konfransına təqdim olunan, hakim yoxlamalarından keçmiş, müsbət rəy almış və aşağıdakı jurnalların şərtlərinə cavab verən məqalələr bu jurnalların nəzərdən keçirilməsi prosesi vasitəsilə tam mətn formatda nəşr olunacaq:
Konfransda iştirak edərək innovasiya və davamlı inkişaf sahəsindəki dəyərli töhfələrinizi bizimlə paylaşmağınızı arzu edirik.
Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə edə bilərsiniz.
Əlaqə:
Xülasə və məqalə göndərmək üçün:
Tel: (036) 5440861 (1028) / (1014),
(+994) 51 318 85 39 ,
(+994) 60 490 90 04 (Aysel Kərimli)
Tədbirin keçirildiyi yer: Naxçıvan Dövlət Universiteti
Tarix: 01-02 oktyabr 2025
Hörmətlə, “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” Beynəlxalq Elmi Konfransının təşkilat komitəsi
Son tarix: 25 Avqust 2025
Son tarix: 3 Sentyabr 2025
Yayım tarixi: 22 Sentyabr 2025
Yayım tarixi: 10 Oktyabr 2025
Dillər: Azərbaycan, türk, ingilis və rus dilləri
Yer: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi