Konfransın əsasə məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektlərini elmi müstəvidə araşdırmaq, zəfərin yaratdığı yeni reallıqları və regionda sülhün bərqərar olunmasında rolunu müzakirə etmək, qələbənin gələcək nəsillərə milli irs, vətənpərvərlik və strateji düşüncə nümunəsi kimi ötürülməsi yollarını müəyyənləşdirmək, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərini, iqtisadi inkişaf imkanlarını və “post-müharibə dövrü” strategiyalarını təhlil etməkdən ibarətdir.
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (3-5 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250-300 söz): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Düstur: Microsoft Equation
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə.
Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.
Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.
Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46