“TİBB TƏHSİLİ: QABAQCIL TƏCRÜBƏLƏR VƏ İNNOVASİYALAR” I RESPUBLİKA ELMİ KONFRANSI

Conference Image

 

“TİBB TƏHSİLİ: QABAQCIL TƏCRÜBƏLƏR VƏ İNNOVASİYALAR”

I RESPUBLİKA ELMİ KONFRANSI

                                                      29-30 may 2025-ci il, NAXÇIVAN

 

Dəyərli elm adamı!

29-30 may 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə üz-üzə və onlayn keçirəcəyimiz “Tibb Təhsili: Qabaqcıl Təcrübələr və İnnovasiyalar” I Respublika elmi konfransında iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, tibb təhsilindəki yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə Siz dəyərli elm adamlarını şərqin qapısı Naxçıvana dəvət edirik. Etik prinsiplər və orijinal tədqiqatların yer alacağı konfransda təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır.

Konfransa dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.

Hörmətlə,

“Tibb Təhsili: Qabaqcıl Təcrübələr və İnnovasiyalar” I Respublika elmi konfransının təşkilat komitəsi

Əlaqə: https://konfrans.ndu.edu.az

Tel: (036) 5440861 (1015) NDU Elmi hissə

Məsul şəxs: Elsevər Əsədov (+994) 50 300 42 80

Qeydiyyat və Mövzu Adlarının Göndərilməsi

Son tarix: 10 May 2025

Tezis və ya Tam Mətin Göndərilməsi

Son tarix: 12 May 2025

Konfrans Proqramı

Yayım tarixi: 20 May 2025

Konfrans Kitabı

Yayım tarixi: 30 İyun 2025

Konfransın Dili

Dillər: Azərbaycan, türk, ingilis və rus dilləri

Konfransın Yeri

Yer: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi

Bizə Mesaj Göndərin