“Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransının əsas məqsədi süni intellekt sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların müasir elmi nəticələrinin sistemli şəkildə müzakirəsi, nəzəri yanaşmaların real tətbiq ssenariləri ilə inteqrasiyası və bu sahədə prioritet elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.

Konfrans Naxçıvan Dövlət Universiteti tərəfindən təşkil olunan beynəlxalq elmi platforma kimi tədqiqatçılar, alimlər, doktorantlar, magistrantlar və sənaye nümayəndələri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, elmi nəticələrin paylaşılmasına və multidissiplinar əməkdaşlığın təşviqinə xidmət edir.

Tədbir çərçivəsində süni intellektin maşın öyrənməsi, dərin öyrənmə, generativ modellər, multimodal sistemlər, təsvir və siqnal emalı, verilənlər analitikası, intellektual informasiya sistemləri və ağıllı robototexnika kimi əsas istiqamətləri üzrə aparılan aktual tədqiqatların nəticələrinin elmi müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, süni intellekt texnologiyalarının sənaye, səhiyyə, təhsil, rəqəmsal idarəetmə və kibertəhlükəsizlik sahələrində tətbiqi imkanları, etik və sosial təsirləri, eləcə də mövcud metodoloji və texnoloji problemlər kompleks şəkildə araşdırılacaqdır.

Konfransın mühüm məqsədlərindən biri müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçılar arasında dayanıqlı elmi əlaqələrin qurulmasına şərait yaratmaq, gənc tədqiqatçıların elmi fəaliyyətini təşviq etmək və onların beynəlxalq elmi mühitə inteqrasiyasını gücləndirməkdir. Tədbir, həmçinin elmi etik prinsiplərə uyğun hazırlanmış məqalə və tezislərin yüksək akademik müzakirə mühitində təqdim olunmasını təmin etməyi hədəfləyir.

Konfransdan gözlənilən əsas nəticələr

 

Kağızın ölçüsü: A4

Boş sahə: hər tərəfdən 2 sm

Şrift: Times New Roman, 12 pt

Sətirarası interval: 1,15 sm.

Abzas: 1,25 sm

Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə

İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə

E-poçt ünvanı: ortadan, qalın şriftlə

Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində

Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə

Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)

Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)

Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.

Nümunə üçün:

1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.

2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.

3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46