Konfransın əsas məqsədi qlobal iqlim dəyişmələrinin su resurslarına təsirinin kompleks şəkildə elmi cəhətdən qiymətləndirilməsi, su ehtiyatlarının qorunması və dayanıqlı idarə olunması sahəsində müasir elmi yanaşmaların müzakirəsi, nəzəri və tətbiqi tədqiqatların nəticələrinin paylaşılması, innovativ həllərin təşviqi, eləcə də yerli və xarici alimlər arasında elmi əməkdaşlığın inkişaf etdirilməsidir.
Konfrans çərçivəsində aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
Su resursları həyatın davamlılığını, ekoloji tarazlığı və sosial-iqtisadi inkişafı təmin edən strateji təbii sərvətlərdən biridir. Qlobal iqlim dəyişmələrinin sürətlənməsi su ehtiyatlarının qorunması və rasional istifadəsini bütün dövlətlər üçün milli təhlükəsizlik və dayanıqlı inkişaf məsələsinə çevirmişdir.
Azərbaycan Respublikasında da su ehtiyatlarının səmərəli idarə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən institusional islahatlar, su infrastrukturunun modernləşdirilməsi, su ehtiyatlarının inteqrasiyalı idarə olunması və iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.
Konfransın keçirilməsi qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin daha dərindən öyrənilməsinə, su təhlükəsizliyi və dayanıqlı su idarəçiliyi üzrə elmi-nəzəri bazanın zənginləşdirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və gələcək elmi-tədqiqat layihələrinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.
Konfransa təqdim edilən məqalələr aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:
1. Ümumi tələblər
2. Məqalənin strukturu və dizaynı
3. Açar sözlər və xülasələr
4. Məqalənin həcmi
5. Mənbələrə istinad qaydası
6. Ədəbiyyat siyahısı
Nümunələr:
1.Kofil, M. V., & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity. New York: Columbia University Press, 116–127.
2.Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər. Bakı: SƏS Nəşriyyatı, 393–407.
3.Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Universiteti Dergisi, 41–46.