“Orqanİk və Dayanıqlı Kənd Təsərrüfatı” I Respublİka Elmİ Konfransı

Conference Image

Dəyərli elm adamları!

 

4-5 iyun 2025-ci il tarixlərində üz-üzə keçirəcəyimiz “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı” Ekoloji  Tarazlıq və Davamlı İnkişaf I Respublika Elmi Konfransda iştirakınızdan məmnun olarıq. Elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını orqanik məhsulların məkanı – Naxçıvana dəvət edirik. Orqanik məhsullara və dayanıqlı kənd təsərrüfatına dair tədqiqatların yer alacağı konqresimizə təqdim olunan məqalə və tezislər elmi komitə tərəfindən incələnəcək və sonda konqres kitabında nəşr olunacaqdır.

Konqresimizə əhatəli və günümüzün tələblərinə cavab verən tədqiqatlarınızla qatılmağınızı arzu edirik.

Hörmətlə,

Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı” Ekoloji  Tarazlıq və Davamlı İnkişaf I Respublika Elmi Konfransının təşkilat komitəsi

Link: konfrans.ndu.edu.az

Tel:  (036) 5440861 (1015)

               (994) 050 712 65 90 (Mahir Məhərrəmov)

Qeydiyyat və Mövzu Adlarının Göndərilməsi

Son tarix: 27 Aprel 2025

Tezis və ya Tam Mətin Göndərilməsi

Son tarix: 1 May 2025

Konfrans Proqramı

Yayım tarixi: 15 May 2025

Konfrans Kitabı

Yayım tarixi: 25 İyun 2025

Konfransın Dili

Dillər: Azərbaycan dili

Konfransın Yeri

Yer: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi

Bizə Mesaj Göndərin