Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair müəyyən edilmiş beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetidir. Bu prioritet çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin bərpası və genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə, eləcə də dayanıqlı enerji mənbələrinin tətbiqinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji Tarazlıq və Davamlı İnkişaf” Respublika Elmi Konfransı qlobal miqyasda orqanik məhsullara artan istehlak tələbi, əhalinin sağlam və dayanıqlı həyat tərzinə keçid meyilləri, həmçinin ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı sistemlərinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuşdur. Konfrans orqanik kənd təsərrüfatının respublikamızın müxtəlif təbii-iqlim və iqtisadi-coğrafi bölgələrində tətbiq oluna bilən innovativ və dayanıqlı təcrübələrinin təşviqində mühüm platforma rolunu oynayır.
Konfrans çərçivəsində ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən tədqiqatçılar, alimlər və mütəxəssislər ən son elmi nailiyyətlərini, tədqiqat nəticələrini və perspektiv inkişaf istiqamətlərinə dair fikir və mülahizələrini elmi ictimaiyyətlə bölüşəcəklər. Bu isə yeni elmi əməkdaşlıqların qurulmasına, multidissiplinar tədqiqatların inkişafına və innovativ layihələrin formalaşmasına əlverişli şərait yaradacaqdır.
Müasir kənd təsərrüfatında məhsul istehsalının ekoloji dayanıqlığının təmin edilməsi məqsədilə sintetik gübrələrin, pestisidlərin və insektisidlərin istifadəsinin minimuma endirilməsi, onların əvəzində heyvan peyini, kompost və bitki mənşəli üzvi qalıqlar kimi bioloji gübrələrdən istifadə xüsusi əhəmiyyət kəsb edir. Orqanik kənd təsərrüfatı təcrübələri torpaq eroziyasının azaldılması, qida elementlərinin yeraltı və yerüstü sulara yuyulmasının minimuma endirilməsi, biomüxtəlifliyin qorunması, torpaq münbitliyinin artırılması və kənd təsərrüfatı tullantılarının təkrar emalının təşviqi kimi mühüm ekoloji üstünlüklərə malikdir. Bu baxımdan, orqanik və dayanıqlı kənd təsərrüfatının inkişafı həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə, həm də ekoloji tarazlığın və davamlı inkişafın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir.
Konfransa təqdim edilən məqalələr aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:
1. Ümumi tələblər
2. Məqalənin strukturu və dizaynı
3. Açar sözlər və xülasələr
4. Məqalənin həcmi
5. Mənbələrə istinad qaydası
6. Ədəbiyyat siyahısı
Nümunələr:
1.Kofil, M. V., & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity. New York: Columbia University Press, 116–127.
2.Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər. Bakı: SƏS Nəşriyyatı, 393–407.
3.Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Universiteti Dergisi, 41–46.