Magistrantların elmi tədqiqat nəticələrini geniş ictimaiyyətə təqdim etməsi üçün yeni və müasir elmi platformaların yaradılması bu gün ali təhsilin və elmin inkişafı baxımından mühüm tələbat kimi çıxış edir. Belə platformalar elmi konfranslar, simpoziumlar, forumlar və müxtəlif elmi müzakirə mühitləri vasitəsilə gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, onların beynəlxalq və regional elmi mühitə inteqrasiyasına şərait yaradır. Bu baxımdan ali təhsilin bütün səviyyələri və ixtisas istiqamətləri üzrə kadr hazırlığı aparılan Naxçıvan Dövlət Universiteti-ndə “Magistrantların XV Regional konfransı”nın keçirilməsi gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət daşıyır.
Konfrans magistrantlara öz tədqiqat sahələri üzrə əldə etdikləri elmi nəticələri təqdim etmək, elmi yeniliklərini bölüşmək, aktual problemlər ətrafında müzakirələr aparmaq və müxtəlif sahələr üzrə çalışan həmyaşıdları ilə fikir mübadiləsi etmək imkanı yaradır. Elmin bütün istiqamətlərini əhatə edən bu elmi tədbir magistrantların elmi dünyagörüşünün genişlənməsinə, tədqiqat bacarıqlarının inkişafına, elmi nitq və təqdimat vərdişlərinin formalaşmasına, eləcə də gələcək elmi əməkdaşlıqların qurulmasına mühüm töhfə verir. Konfrans çərçivəsində aparılan elmi polemikalar və müzakirələr gənc tədqiqatçıların mövcud problemlərə daha fərqli yanaşmalar formalaşdırmasına, innovativ ideyaların meydana çıxmasına və elmi araşdırmaların keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
Konfrans materiallarının toplu şəkildə nəşr olunması isə əldə edilmiş mühüm elmi nəticələrin sistemli formada yayılmasını təmin etməklə yanaşı, bu tədqiqatların elmi ictimaiyyət üçün əlçatan olmasına, gələcək araşdırmalarda mənbə kimi istifadəsinə və gənc alimlərin elmi fəaliyyətinin tanıdılmasına xidmət edir. Eyni zamanda, nəşr olunmuş materiallar magistrantların elmi irsinin formalaşmasına, onların akademik karyeralarının inkişafına və ölkədə elmi potensialın gücləndirilməsinə mühüm zəmin yaradır.
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.
2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.
3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46