Konfransın məqsədi Azərbaycan memarlıq tarixinin görkəmli nümayəndəsi Əcəmi Naxçıvani irsinin beynəlxalq elmi mühitdə hərtərəfli şəkildə araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində elmi platforma yaratmaqdan ibarətdir.
Konfrans çərçivəsində Naxçıvan memarlıq məktəbinin formalaşma xüsusiyyətlərinin, onun bədii-estetik prinsiplərinin, konstruktiv həllərinin və regional memarlıq ənənələrinə təsirinin kompleks şəkildə öyrənilməsi nəzərdə tutulur. Eyni zamanda, İpək yolu üzərində yerləşən şəhərlərin tarixən formalaşmış şəhərsalma strukturu, mədəni mübadilə prosesləri və bu proseslərin memarlıq mühitinə təsiri elmi müstəvidə geniş müzakirə olunacaqdır.
Tədbirin əsas hədəflərindən biri orta əsr Azərbaycan şəhərlərinin urbanistik inkişaf xüsusiyyətlərinin, memarlıq abidələrinin planlaşdırma prinsiplərinin və onların müasir şəhərsalma ilə qarşılıqlı əlaqəsinin təhlilidir. Bununla yanaşı, mədəni irsin qorunması, bərpası, konservasiyası və rəqəmsallaşdırılması sahəsində müasir yanaşmaların, innovativ metod və texnologiyaların təqdim olunması və müzakirəsi də konfransın prioritet istiqamətlərindəndir.
Konfrans müxtəlif elmi sahələri – memarlıq, tarix, arxeologiya, sənətşünaslıq, urbanistika və turizm sahələrini bir araya gətirərək fənlərarası əməkdaşlığın gücləndirilməsini, beynəlxalq elmi əlaqələrin genişləndirilməsini və ortaq tədqiqat imkanlarının yaradılmasını təşviq edir.
Bununla yanaşı, tədbir Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına, Naxçıvanın tarixi-mədəni potensialının təbliğinə və regionun elmi-turistik cazibədarlığının artırılmasına xidmət edir.
Konfransa təqdim edilən məqalələr aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:
1. Ümumi tələblər
2. Məqalənin strukturu və dizaynı
3. Açar sözlər və xülasələr
4. Məqalənin həcmi
5. Mənbələrə istinad qaydası
6. Ədəbiyyat siyahısı
Nümunələr:
1.Kofil, M. V., & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity. New York: Columbia University Press, 116–127.
2.Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər. Bakı: SƏS Nəşriyyatı, 393–407.
3.Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Universiteti Dergisi, 41–46.