Gənc tədqiqatçıların elmi tədqiqatlarını təqdim etmək üçün yeni platformalara eytiyac günün tələbidir. Bu platformalar müxtəlif elmi konfranslar, simpoziumlar, forumları özündə ehtiva edir. Ali təhsilin bütün səviyyələri və istiqamətləri üzrə kadr hazırlığı aparılan Naxçıvan Dövlət Universitetində “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransının keçirilməsi gənc tədqiqatçılara tədqiqat sahələrində əldə etdikləri nəticələri təqdim etmək imkanı verməkdir. Elmin bütün sahələrini əhatə edən konfransda gənc tədqiqatçılar bir araya gələrək elmi polemikalar aparmaq və təcrübələrini bölüşmək üçün imkanlar əldə edəcəklər.
Konfrans materiallarının toplu halda nəşr olunması əldə olunmuş mühim elmi nəticələrin yayılması və gələcək tədqiqatlarda əlçatanlığına şərait yaratmaq məqsədi daşıyır.
– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 14 Pt;
– səhifənin parametrləri – hər tərəfdən 2 sm;
– sətirlərarası interval – 1,5;
– müəllifə dair məlumatlar (ad və soyad (tünd, böyük hərflərlə), işlədiyi və ya təhsil aldığı müəssisənin adı, vəzifəsi, elmi dərəcə və elmi adı (varsa), elektron ünvanı (və əlaqə telefonu) adi hərflərlə) sağ tərəfdə; Magistrantlar elmi rəhbərlərinin adı, soyadı, ata adı və elmi dərəcəsi və elmi adı göstərilməklə.
– materialın başlığı tünd, böyük hərflərlə ortada;
– mətnin yazıldığı dildə xülasə (xülasə və açar sözlər əlavə olaraq ingilis dilində tərcümə olunaraq) və açar sözlər, sonra əsas hissə;
– xülasə: 100-200 söz;
– açar sözlər: 3-5 söz və ya söz birləşməsi;
– materialın həcmi: 5-8 səhifə (Xülasə və Açar sözlər daxil).