Konfransın əsas məqsədi çağdaş Azərbaycan dilinin aktual problemlərini elmi cəhətdən sistemli şəkildə təhlil etmək, müasir dil proseslərini qiymətləndirmək, mövcud nəzəri və praktik məsələlərin həlli istiqamətində əsaslandırılmış təkliflər hazırlamaq və dilçilik sahəsində yeni tədqiqat istiqamətlərinin formalaşdırılmasına töhfə verməkdir.

Azərbaycan dili milli-mənəvi dəyərlərimizin əsas sütunlarından biri, xalqımızın tarixi yaddaşının və milli kimliyinin daşıyıcısıdır. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir ki, “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və onun qorunması hər bir vətəndaşın borcudur. Prezident İlham Əliyev dövlətçilik təlimində dil siyasətinin əhəmiyyətini belə dəyərləndirmişdir: “"Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.

Dövlət başçısının rəhbərliyi ilə qəbul olunmuş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərman, həmçinin digər normativ sənədlər dil siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirmişdir. Bu baxımdan konfrans dövlət dil siyasətinin elmi əsaslarının möhkəmləndirilməsinə xidmət edən mühüm platforma rolunu oynayır.

Konfransın keçirilməsi Azərbaycan dilinin dövlət dili kimi nüfuzunun daha da möhkəmləndirilməsinə, onun elmi-nəzəri bazasının zənginləşdirilməsinə və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə xidmət edəcəkdir.

Konfransa təqdim edilən məqalələr aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:

1. Ümumi tələblər

2. Məqalənin strukturu və dizaynı

3. Açar sözlər və xülasələr

4. Məqalənin həcmi

5. Mənbələrə istinad qaydası

6. Ədəbiyyat siyahısı

Nümunələr:

  1. Kofil, M. V., & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity. New York: Columbia University Press, 116–127.
  2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər. Bakı: SƏS Nəşriyyatı, 393–407.
  3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Universiteti Dergisi, 41–46.