“Elmin zamanla sınanmış dəyəri” Respublika Elmi Konfransının başlıca məqsədi görkəmli alim, Azərbaycan neft-kimya elminin banilərindən biri, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 illiyini qeyd etməklə onun zəngin elmi irsini dərindən araşdırmaq, kimya və neft-kimya elmlərinin müasir inkişaf istiqamətlərini müzakirə etmək, elmi ənənələrin davamlılığını təmin etmək və gənc tədqiqatçıları bu sahəyə cəlb etməkdir.
Konfrans, akademik Yusif Məmmədəliyevin neft-kimya sənayesinin inkişafına verdiyi mühüm elmi töhfələri, xüsusilə yüksək oktanlı aviasiya yanacaqlarının alınması sahəsindəki kəşflərinin müasir elmi və texnoloji nailiyyətlərlə əlaqəsini nümayiş etdirməklə, Azərbaycan elminin beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə xidmət edir.
Bununla yanaşı, tədbir kimyanın müxtəlif istiqamətləri üzrə aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin müzakirəsi, yeni elmi əməkdaşlıqların qurulması və elmi irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm elmi platforma rolunu oynayır.
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (3-5 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250-300 söz): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Düstur: Microsoft Equation
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə.
Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.
Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.
Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46