Qeydiyyat və mövzu adlarının göndərilməsi üçün son tarix:
21 Noyabr 2024
21 Noyabr 2024
21 Noyabr 2024
None
None
Azərbaycan, türk, ingilis və rus dilləri
Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi
Dəyərli elm adamı!
28-29 noyabr 2024-cü il tarixlərində Macarıstanın Rzeszów, Türkiyənin Igdır, Çankırı Karatekin Universitetləri və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilə birgə üz-üzə və onlayn keçirəcəyimiz “III Beynəlxalq Duzdag Araşdırmaları Konqresi”ndə iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə Siz dəyərli elm adamlarını şərqin qapısı Naxçıvana dəvət edirik. Etik prinsiplər və orijinal tədqiqatların yer alacağı konqresimizdə təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konqres kitabında nəşr olunacaqdır.
Konqresimizdə dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
Hörmətlə,
“III Beynəlxalq Duzdag Araşdırmaları Konqresi”nın təşkilat komitəsi
Əlaqə: saltcon24.ndu.edu.az saltcon24@ndu.edu.az
Tel: (036) 5440861 (1015) Elmi hissə
(+994) 50 337 55 69 (Bəhruz Məmmədov)
(+994) 703658165 (Əli Həşimov)
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində yaşayan əhalinin təqribən 10%-ə qədəri allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1,5-2%-i bronxial astmanın payına düşür. Məlumata görə, hazırda dünyada 15 milyon nəfərə yaxın insan bronxial astmalı xəstədir. Bu kimi bir çox xəstəliklərin, müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni spleoterapiya həmişə öz müsbət təsirini göstərmişdir.
Duzdağ - Naxçıvanın rəmzlərindən biri olub, təbii ehtiyatları 90 milyon ton təşkil edir. Naxçıvan özünün nadir duz mağarası ilə məşhurdur. Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilmişdir. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar
Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 4-cü minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə öz növbəsində şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır. XIX əsrin 70-ci illərində Duzdağda aşkar olunan əmək alətləri, daş baltalar və çəkiclər, çapacaqlar, sonrakı dövrdə tapılan ocaq qalıqları, Eneolit, Erkən Tunc və Dəmir dövrünə aid keramika məmulatları, qədim yaşayış yerləri və Duzdağla bağlı folklor nümunələri Duzdağ mədəniyyətinin sistemli şəkildə və yenidən araşdırılması üçün ciddi əsaslar yaradır.
Duz dağı və düz mədəni tarixi araşdırmalara, iqtisadi inkişafa, səhiyyəyə öz töhfəsini verməklə yanaşı davamlı elmi araşdırmalar tələb edən mühüm bir sahədir. Qaya duzunun kimyasının, bioloji təsir xüsusiyyətlərinin, ərazinin tarixinin, coğrafiyasının, flora və faunasının öyrənilməsi baxımından mühüm əhəmiyyətini nəzərə alaraq Duzdağ araşdırmalarının davam etdirilməsi mühüm əhəmiyyət daşımaqdadır.
Konqresin əsas məqsədi Qardaş ölkənin universitetlərinin əməkdaşları ilə Duzdağ mövzusuna dair aparılmış araşdırmaları paylaşmaq, birgə elmi tədqiqatlar apaılması üçün zəmin yaratmaqdan ibarətdir.
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (3-5 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (200-300 söz): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə.
Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Prof. Dr. Elbrus İsayev
Naxçıvan Dövlət Universitetinin rektoru
Prof. Dr. Sylwester Czopek
Rzeszów universitetinin rektoru (Macarıstan)
Prof. Dr. Mehmet Hakkı Alma
Igdır Universitetinin rektoru (Türkiyə)
Prof. Dr. Harun Çiftçi
Çankırı Karatekin Umiversitetinin rektoru (Türkiyə)
Qəzənfər Abdullayev
Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri
KONQRESİN TƏŞKİLAT KOMİTƏSİ
Elsəvər Əsədov - NDU Elm və İnnovasiya məsələləri üzrə prorektor, sədr müavini
Aidə Cəlilzadə - NDU, Beynəlxalq məsələlər üzrə prorektor, üzv
Bəhruz Məmmədov - NDU, Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin dekanı, Məsul şəxs
Rəcəb Cəfərov - NDU Strateji məsələlər üzrə müşavir
Nicat Yaqubov - NDU Həmkarlar İttifaqı Komitəsinin sədri
Əli Həşimov - NDU Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri, üzv
Hüseyn Əsgərli - NDU İnformasiya Texnologiyaları şöbəsinin müdiri, üzv
Vüsal Novruzov - NDU Baş mühasib, üzv
Ceyhun Kəngərli - NDU Təsərrüfat və xidmət şöbəsinin müdiri, üzv
Mahir Məhərrəmov - NDU Baytarlıq təbabəti kafedrasının müdiri, üzv
Daşqın Qənbərov - NDU Biologiya kafedrasının müdiri, üzv
Şəmil Mahmudov - NDU Kimya kafedrasının müdiri, üzv
Elnarə Seyidova - NDU Coğrafiya kafedrasının müdiri, üzv
Hilal Qasımov - NDU Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin dekan müavini, üzv
Gülsüm Kərimova - NDU Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin aparıcı elmi işçisi, üzv
Aqşin Məhərrəmov - NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı, üzv
Məhəmmədəli Məmmədli - NDU, Nəşriyyatın direktoru
Sevinc Qəhrəmanova - NDU Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin aparıcı elmi işçisi, üzv
ELMİ KOMİTƏ
Akademik Taryel Talıbov - Naxçıvan Dövlət Universiteti
AMEA-nın müxbir üzvü Tofiq Əliyev - Naxçıvan Dövlət Universiteti
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev - ARETN Torpaqşünaslıq və Aqrokimya institutu
Prof.dr. Lalə Allahverdiyeva - Azərbaycan Tibb Universiteti
Prof.dr. İsa Abdullayev - Naxçıvan Dövlət Universiteti
Prof.dr Daşqın Qənbərov - Naxçıvan Dövlət Universiteti
Prof.dr. Yasin Babayev - Naxçıvan Dövlət Universiteti
Prof.dr. Etibar Məmmədov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Elsevər Əsədov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Bəhruz Məmmədov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Oğuz Şimşek - Iğdır Universiteti (Türkiyə)
Dos.dr. Mahir Məhərrəmov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Şəmil Mahmudov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Hilal Qasımov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Gültəkin Əliyeva - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Mətləb İbrahimov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Aliyə Rzayeva - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Mahnur Cəfərli - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Pərvin Quliyev - Naxçıvan Dövlət Universiteti
Dos.dr. İsmayıl Məmmədov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Namiq Abbasov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Akif Mərdanlı - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Fəridə Səfərova - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Mürsəl Seyidov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Bəhruz Bayramov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Enzalə Novruzova - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Turan Məmmədli - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Raifə Salmanova - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Mirvasif Seyidov - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Sahib Hacıyev - Naxçıvan Dövlət Universiteti
Dos.dr. Lətifə Novruzova - Naxçıvan Dövlət Universiteti